Müəllimlərimiz ADA universitetində keçirilən “Təhsildə 4 “k” bacarıqları:səriştəyə əsaslanan XXI əsr təhsili və müəllimin peşəkar inkişafı” mövzusunda təlimdə iştirak etdilər.

16-19 noyabr 2015-ci il tarixdə ADA universitetində keçirilən “Təhsildə 4 “k-kritik düşüncə(tənqidi təfəkkür), kreativlik( yaradıcılıq), kommunikasiya(ünsiyyət), kooperasiya (əməkdaşlıq)” bacarıqları: səriştəyə əsaslanan XXI əsr təhsili və müəllimin peşəkar inkişafı” mövzusunda təlim kursunda məktəbimizin müəllimləri- ibtidai sinif müəllimi Namazova Sevda, riyaziyyat müəllimləri İbrahimova Fərzanə və Həsənova Şəhla iştirak etdilər. Təlim universitetin peşəkar müəllim heyyəti tərəfindən keçirildi. Kurs çərçivəsində interaktiv dərs planının hazırlanması, kreativliyin dərslərdə tətbiqi, kooperativ tədrisin başlıca prinsipləri və s. vacib mövzular ətrafında müzakirələr təşkil olunmuşdur. Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi