Bayrağımız-and yerimizdir!

9 noyabr-Bayraq Günü münasibəti ilə 3-cü sinif şagirdləri üçrəngli bayrağımızın rənglərini əks etdirən şarlarla bəzənmiş akt zalında maraqlı bayram tədbiri keçirdilər. Məktəb rəhbərliyinin, şagirdlərin,valideynlərin iştirakı ilə keçirilən bayram tədbiri dövlət himninin səslənməsi ilə başladı. Sonra şagirdlər Bayraq haqqında mahnılar oxudular, şeirlər söylədilər. Lələ təpənin erməni işğalından azad olunmasını səhnələşdirərək təqdim edən şagirdlərimiz bir daha əminlik yaratdılar ki, bütün torpaqlarımız işğaldan azad olunacaq, bayrağımız tezliklə Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə və digər işğal olunmuş rayonlarımızda dalğalanacaqdır. Tədbirin sonunda çıxış edən məktəbin direktoru A.Bayramova əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik etdi, şagirdlərə milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı şagirdlərə tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi