Məktəb valideyn əməkdaşlığı

21 noyabr 2015-ci il tarixdə 9-cu sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyi və fənn müəllimlərinin görüşü keçirildi.İclası giriş sözü ilə açan məktəbin direktoru A.F.Bayramova məktəbdaxili keçirilən monitorinqlərin nəticələri,şagirdlərin tədris prosesindəki nailiyyətləri və mövcud problemləri haqqında valideynlərə ətraflı məlumat verdi.Görüşdə iştirak edən fənn müəllimləri IX siniflər üzrə tədris posesində mövcud olan problemlərdən ,onların həlli yollarından danışdılar. Valideynlər öz fikir və təkliflərini irəli sürdülər.Şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək,onları buraxılış imtahanına hazırlamaq məqsədilə strateji istiqamətlər müəyyənləşdirildi.İclasın sonunda məktəb rəhbərliyi valideynlərə təşəkkürünü bildirdi, şagirdin tədris prosesindəki irəlləyişində məktəb-valideyn əməkdaşlığının əhəmiyyətli rolunu bir daha vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi