Payız tətilindən şagirdlərimiz xoş təəssüratlarla qayıtdılar.

Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı ekskursiyalar ümumtəhsil məktəblərində tədris olunan fənlərin qarşılıqlı inteqrasiyasına gətirib çıxardaraq,təlimin keyfiyyətinin yüksəldilməsində,şagirdlərin potensial imkanlarının üzə çıxarılmasında,məktəblilərin milli- mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Belə günlərdə şagirdlərin asudə vaxtının məktəb tərəfindən düzgün təşkili mühüm və vacib məsələlərdən biridir.Məktəbimiz payız tətili günlərində yuxarıda qeyd edilənləri əsas götürərək məktəblilərlə paytaxtımızın bir çox tarixi yerlərinə ekskursiyalar,həmçinin Azərbaycan Dövlət Dram və Gənc Tamaşaçılar Teatrında tamaşalara kütləvi baxışlar təşkil etdi.Azərbaycan tarixi muzeyinə təşkil olunan ekskursiya zamanı şagirdlərimiz Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlarla, mədəniyyət abidələri, orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları və geyim formaları ilə yaxından tanış oldular. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi və mədəniyyət nümunələri isə ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verirdi. Azərbaycan tarixinin bütün mərhələlərini əks etdirən eksponatlar şagirdlərimizdə tarix elmi haqqında biliklərin daha da möhkəmlənməsinə səbəb oldu . Xalça muzeyində isə şagirdlər xalq tətbiqi sənəti nümunələri ilə tanış oldular, qədim xalçalar haqqında maraqlı məlumat əldə etdilər. Şəhərimizin bir sıra görməli yerlərinə təşkil edilən bu ekskursiyalar şagirdlər üçün çox yadda qalan oldu, bu səyahətin xoş təəssüratları uzun zaman unudulmayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi