Ümumrayon iməciliyi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X. Məlikaslanov küçəsi 10 ünvanlı (284 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası təşkil edildi. Tədbirdə Yeni Azərbaycan Partiyasının Aparat rəhbəri Sevinc Abdullayeva, təşkilatın əməkdaşları və gəncləri, ərazi ilk partiya təşkilatının sədri, 284 saylı tam orta məktəbin direktoru Nizami Novruzov və məktəbin bir qrup müəllim və şagird heyəti iştirak etdilər. Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü münasibəti ilə tam orta məktəbin həyətyanı sahəsində ağaclar əkdilər. Daha sonra məktəbin istedadlı şagirdlərinin ifasında bədii proqram nümayiş edirildi. Tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi