Uşaq hüquqlarını müdafiə edən dövlət orqanları

“Uşaq hüquqları” aylığı çərçivəsində sinif təşkilat saatlarında “Cəmiyyətdə uşaqlara qarşı zorakılıq” mövzusu müzakirə olundu. Fiziki və emosional zorakılığın ən çox rast gəlinən formalarına toxunuldu. Şagirdlərə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və qorunması istiqamətində görülən işlərdən danışıldı. “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın fəaliyyət göstərməsi və bu istiqamətdə hüquq mühafizə orqanlarının gördüyü işlər barədə məlumat verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi