Şagirdimiz İtaliyada keçirilən dünya çempionatında qızıl medal qazanıb

İtaliyada K-1 üzrə 70 ölkənin təmsil olunduğu sayca ikinci dünya çempionatında iştirak edən məktəbimizin 9f sinif şagirdi Ramazan Abdullayev (49 kq) Macarıstan idmançısını məğlub edərək yarışın diğər mərhələlərinə vəsiqə qazanıb. Mötəbər yarışın yarımfinal mərhələsində Almaniya, finalda isə İtaliya idmançısını məğlub edən şagirdimiz dünya çempionatının növbəti qızıl medalı ilə vətənimizə qayıdıb . Qələbəsiylə Azərbaycanın bayrağını yüksəklərə qaldıran, himnimizi mötəbər yarışda səsləndirən şagirdimizi böyük və tarixi nailiyyət münasibətilə ürəkdən təbrik edirık, yeni-yeni qələbələr arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi