Biz dünyanın sevinciyik

“Uşaq hüquqları” aylığı çərçivəsində 4 f sinif şagirdləri “Biz dünyanın sevinciyik” adlı kompozisiya təqdim etdilər. Sinif rəhbəri M.Xəlilova uşaqlara hüquq və vəzifələri haqqında ətraflı məlumat verdi. Sonra şagirdlər yarpaqların üzərinə hüquq və vəzifələrini yazaraq “Mənim hüquqlarım və vəzifələrim” ağacına yapışdırdılar. Hazırladıqları səhnəcikdə bir daha öz hüquq və vəzifələrini nümayiş etdirdilər, pozulmuş hüquqların müdafiəsinə qalxdılar. Mövzuya uyğun söylənən şeirlər, oxunan mahnılar hər kəsdə xoş təəssürat yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi