Mənim hüquq və vəzifələrim

“Mənim hüquqlarım və vəzifələrim!” mövzusunda növbəti dərsi Uşaq hüquqları üzrə pilləli tədris proqramına cəlb edilmiş və sertifikat almış 8f sinif şagirdi Həsənova Səbinə 2c və 2d sinfində sinif müəllimləri ilə birgə təşkil etdi. S.Həsənova hazırladığı slaydla şagirdlərə 1989-cu ildə BMT tərəfindən təşkil olunmuş “Uşaq hüquqları Konvensiyası” və 1998-ci ildə ölkəmizdə qəbul edilən “Uşaq hüquqları haqqında qanun” barədə danışdı. Uşaq hüquqları Konvensiyasının 54 maddədən ibarət olduğunu vurğuladı. Konvensiya tərəfindən qorunan hüquqların bölündüyü 4 kateqoriya- inkişaf, müdafiə, iştirak, yaşamaq hüquqları haqqında ətraflı məlumat verdi. Sonra şagirdlər cütlərlə qrup işində öyrəndiklərinirəsmləri ilə nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi