Mənim hüquqlarım

Uşaq hüquqları üzrə pilləli tədris proqramına cəlb edilmiş və sertifikat almış 9 f sinif şagirdi İmanov Cavid 1a sinfində sinif rəhbəri P.Absalamova ilə birgə “Mənim hüquqlarım və vəzifələrim!” mövzusunda dərs təşkil etdi. Natiqlik bacarığı ilə seçilən C.İmanov şagirdlərə "Uşaq hüquqları konvensiyası"nın maddələrindən danışdı, uşaqların hüquq və vəzifələrini sadaladı. Sonra hər bir şagirdə hüquqları yazılmış lövhəni təqdim edərək geniş izahat verdi. Şagirdlər izahatdan sonra qruplaşaraq “Mənim hüquqlarım və vəzifələrim!” qrup işini işlədilər. Onlar qrup işlərində hüquqlarını və vəzifələrini çəkib rənglədikləri rəsmlərlə təqdim etdilər. İnanırıq ki, Cavidin interaktiv tərzdə təşkil etdiyi dərs, şagirdlərin hafizəsində həm öz hüquqi, həm də digər insanların hüquqlarına hörmətlə yanaşmaq biliyini bir daha möhkəmləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi