Uşaqların internet təhlükəsizliyi

Gənclərə informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə vərdişlərinin aşılanması, uşaqların internetdən istifadə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə VII sinif şagirdlərinin iştirakı ilə “Uşaqların internet təhlükəsizliyi” mövzusunda dəyirmi masa təşkil olundu. Əsrimizin ən böyük kəşfi olan internetin faydaları, psixoloji və fiziki zərərləri haqqında şagirdlər öz araşdırmalarını təqdim etdilər. İnterneti uşaqlara informasiyaya çıxış, ifadə azadlığı və ictimai müzakirələrdə iştirak etmək hüququ versə də sosial şəbəkələrdən kortəbii şəkildə istifadə etmək böyük təhlükə və fəsadlara yol açdığı haqqında geniş məlumat verildi. Bu gün istər narkomaniya, istərsə də insan alveri istiqamətində müəyyən cinayətkar qrupların məhz internet vasitəsi ilə uşaqları öz qurbanlarına çevirməsi barədə şagirdlər məlumatlandırıldı. Yüksək texnologiyaların sürətli inkişafı nəticəsində internet uşaqdan böyüyə qədər hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilsə də internetdən ancaq biliklərin təkmilləşdirilməsi üçün istifadə edilməsi vurğulandı. İnanırıq bu günkü müzakirələr uşaqların internetdən düzgün istifadə etməsində bir istiqamət olacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi