Terrora yox!

Şagirdlərimiz yazdıqları esselərdə “Terrora yox!” dedilər. Ermənilərin xalqımıza qarşı etdikləri vəhşilikləri, terror nəticəsində məsum körpələrin öldürülməsini şagirdlərimiz öz yazılarında dilə gətirdilər. Zəhraların, Aygünlərin, Farizlərin və neçə-neçə məsum körpənin erməni terroru nəticəsində öldürüldüyünü yazdılar. Xocalıda beşikdəki körpələrin qətlə yetirildiyini, Tovuz çayına buraxılan içi partlayıcılarla dolu olan oyuncağın Aygünün götürməsi və oynayarkən partlaması nəticəsində ölməsini, Ağdamda Fariz Bədəlovun, Füzulidə 18 aylıq Zəhranın erməni snayper tərəfindən vurularaq öldürüldüyünü yazılarında çatdırdıraraq “Terrora yox deyirik!” çağrışını etdilər. Sonda “Biz ümid edirik ki, yer üzündə yaşayan uşaqların hər birinin arzu və istəkləri yerinə yetəcək və müharibədən, zorakılıqdan uzaq xoşbəxt həyat sürəcəyik!” arzularını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi