Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüququları

“Uşaq hüquqları aylığı” layihəsi çərçivəsində 3e sinfində Həyat bilgisi dərsi “Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqları “ mövzusuna həsr olundu. Şagirdlər xüsusi qayğıya ehtiyacı olan uşağın təkləndikdə keçirdiyi hissləri videorolikdə izlədilər. Mövzu ilə bağlı müzakirələri şagirdlər xalça üzərində-rahat bir məkanda apardılar. Sonra şagirdlər alınlarına vurulan rənglər üzrə qruplaşdılar. Qrupdan kənarda qalan Əzizə keçirdiyi hissləri, narahatlığı dilə gətirdi. Yoldaşları çox narahat oldular və Əzizəni isti münasibətlə əhatə etdilər. Sonra sinif müəllimi Y.Əsgərova XQE olan uşaqlara dövlət qayğısından danışdı. Dövlətimiz onlara bilik və bacarıqlara yiyələnmələri üçün sağlam uşaqlarla bir yerdə təhsil almaq üçün hər cür şərait yartdığını vurğuladı. Məktəbimizdə də xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığını söylədi. Şagirdlər müzakirələrdən sonra XQE olan uşaqlara qarşı diqqət və qayğını qruplaşaraq nümayiş etdirdilər. İnanırıq ki, bu gün keçirilən dərs şagirdlərdə empatiya hissini formalaşdıra bildi, bu dərs XQE olan uşaqlara qarşı daha həsas münasibətə yönəlmiş mühüm addım oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi