Azərbaycan Respublikasının qanunlarını tanıyırıq və hörmət edirik

Konstitusiya- dövlətin ali qanunudur,ali hüquqi qüvvəyə malikdir,dövlətin siyasi,hüquqi və iqtisadi sistemlərinin əsasını təşkil edir.Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyi ilə əlaqədar məktəbin fəaliyyət planına əsasən 12 noyabr tarixində 1ci dərslər Konstitusiya gününə həsr olundu.Şagirdlərə Konstitusiyanın mahiyyəti,əsasları,prinsipləri,tarixi haqqında maarifləndirici məlumatlar verildi,Konstitusiyamızın keçdiyi tarixi yolu əks etdirən videoroliklər izlənildi.Foyedə şagirdlərin əl işlərindən ibarət açıqcalar və rəsmlərindən ibarət stenq hazırlandı. Tarix müəllimi Ü.Həmzəyevanın və hərbi müəllim R. Şamilovun təşkilatçılığı ilə 8-9-cu sinif şagirdləri Konstitusiya Gününə həsr olunmuş təqdimatı təqdim etdilər.Təqdimat Dövlət himnimizin sədaları altında başladı .Sonra 8-ci sinif şagirdi Yusubov Əli mövzuyla bağlı hazırladığı slaydı təqdim etdı. Hərbi müəllimin təlimatı ilə şərti olaraq prezident and içməsi, hərbi forma geyinmiş şagirdlərin hərbi əsgər and içməsi mərasimi keçirildi, işğal olunmuş 11 rayonumuzun adından səs vermə keçirildi, şagirdlərimiz öz hüquqlarından istifadə edərək səslərini seçici qutusuna saldılar.Allverdiyev Allahverdi və Cəfərli Mirqiyamın gitarada” Cırpınırdı Qara dəniz “ mahnısının ifası iştirakçılarda xoş təəsürat yaratdı.Tədbirdə iştirakçıları- Azərbaycan Elmlər Akademiyasının böyük elmi işçisi,filologiya üzrə fəlsəfə doktoru Könül xanım , tarix müəllimləri Konstitusiyamızın tarixindən danışdı,tövsiyyələrini şagirdlərə çatdırdı. Sonda məktəbin direktoru A.F.Bayramova çıxış edərək Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında,inkişafa,rifaha nail olunmasında,həmçinin diğər cəmiyyətlərlə qarşılıqlı münasibətlər qurmasında əsas vasitə olduğunu bildirərək bu ali qanunvericilik aktının qəbulunu xalqımızın növbəti nailiyyətlərindən,tariximizin ən parlaq hadisələrindən biri kimi qiymətləndirdi.Azərbaycanın böyük dövlətçilik ənənələrinə,milli və ümumbəşər dəyərlərə söykənərək yaradılan,müstəqil dövlətinmiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən Konstitusiya xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin məntiqi yekunu olduğunu vurğuladı, bunu qorumaq hər birimizin həmçinin yetişməkdə olan gənc nəslin-şagirdlərin müqəddəs borcu olduğunu söylədi,qorumalıyıq ki, gələcək nəslə çatdıraq. Sonda şagirdlər qonaqlara və məktəb rəhbərliyinə mövzuyla bağlı çəkdikləri rəsm işlərini, yarpaqlardan üzərində maddənin yarpaqlardan hazırladıqları ağacı təqdim etdilər, konstitusiyamızın maddələrinin adı yazılmış yarpaqlardan hazırladıqları ağacla tanış etdilər.Ümumilikdə tədbir iştirakçılarda xoş təəsürat, şagirdlərin simasında isə vətənə layiqli vətəndaş olmaq, yaxsı mütəxəssis kimi formalaşmaq,elmli olmaq,əsgər olub vətənin müdafıəsində dayanmaq, dövlətimizin ali qanunlarını hörmətlə yanaşmaq,əməl etmək hissləri əks olunmuşdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi