Açıq qapı

Övladlarının tədris prosesindəki fəaliyyəti ilə tanış olub, əldə olunan nailiyyətləri fənn müəllimləri ilə birgə müzakirə etmək, hər hansı bir maneəni vaxtında aşkarlayıb və vaxtında dəf etmək məqsədilə 27.10.2017-ci il tarixdə valideynlər üçün “Açıq qapı” günü keçirildi. Valideynlərin aktivliyi ilə keçən “Açıq qapı”da fənn müəllimləri, sinif rəhbərləri və məktəb rəhbərliyi iştirak etdi. İclasda valideynlərə cari tədris ilinin əvvəlində şagirdlərlə aparılan diaqnostik yoxlamanın nəticələri və bu nəticələrə uyğun olaraq müəllimlər tərəfindən aparılan işlər haqqında məlumatlar verildi. Valideynlər bütün fənlər üzrə övladlarının tədris nailiyyətləri haqqında məlumat aldılar. Tədris prosesində mövcud olan problemlər və onların həlli yolları fənn müəllimləri, sinif rəhbərləri və məktəb rəhbərliyi ilə birgə müzakirə olundu, valideynlərin rəy və təklifləri dinlənildı, qərarlar qəbul edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi