Bülbül və xalq musiqisi

Azərbaycan vokal məktəbinin banisi, görkəmli müğənni, ictimai xadim Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş “Bülbül və xalq musiqisi” mövzusunda yuxarı sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil olundu. Dəyirmi masada musiqi müəllimi N.Ələkbərova xalq mahnılarının, təsniflərin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün zəngin yaradıcılıq yolu keçdiyini və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğunu şagirdlərin diqqətinə çatdırdı, onun gənc ifaçıların yetişdirilməsində, püxtələşməsində böyük əmək sərf etdiyini bildirdi. Dəyirmi masada sənətkarın ömür yolundan bəhs edən videoçarx maraqla izlənildi. Sonra musiqi müəllimi N.Ələkbərova 9a sinif şagirdi Eyvazzadə Şahinin fortepianoda müşayəti ilə sənətkarın çox sevdiyi “Ala göz ” mahnısını ifa etdi. Səfərəliyev Rəvanın qarmonda ifa etdiyi rəqs də maraqla qarşılandı. Sonda məktəbin direktoru A.Bayramova böyük sənətkarın Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışdı, görkəmli xanəndənin ölməz xatirəsinin xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacağını bildirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi