Silsilə dərsdinləmələr

Şagirdlərin elmin əsaslarına yiyələnməsinin ən optimal yolu heç şübhəsiz ki, dərs prosesinə elmi-metodiki yanaşma, müəllim-şagird münasibətlərinin qarşılıqlı anlaşma şəraitində təşkil olunmasından keçir. Dərsdinləmələr keyfiyyətli təhsil şəraiti,şagirdlərin birgə əməkdaşlıq və məsuliyyət duyğularını inkişaf etdirir, müəllimlər arasında isə bilik və bacarıqların təkmilləşməsinə, təlim işində təcrübə mübadiləsinə, ən yaxşı dərs nümunələrinin yayılmasına, başqalarının qabaqcıl təcrübəsinin öyrənilməsinə kömək edir. Məhz bu səbəbdən məktəbimizdə silsilə şəklində hər gün dərsdinləmələri aparılır. Yeni təlim texnologiyaları əsasında qurulan dərslər canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçirilir. Dərsdinləmələr elmi-metodik prinsip və meyarlar əsasında məktəb rəhbərliyi və fənn müəllimləri ilə birgə təhlil olunur. Müzakirə zamanı bu məsələlər ətraflı aydınlaşdırılır, şagirdlərin fundamental təhsili, şəxsiyyət kimi formalaşması məsələlərinə xüsusi diqqət yetirılir, müsbət cəhətlərlə yanaşı çatışmazlıqların hər biri ayrılıqda qeyd edilir. Dərsdinləmələrdə valideynlərin də iştirakı onların tədris prosesinə cəlb edilməsinə xidmət edir. Beləliklə, valideynlər yeni təlim metodları ilə tanış olur, həm də övladlarının bilik və bacarığını dərs mühitində müşahidə edirlər. Sevinclə deyə bilərik ki, dərsdinləmələr pedaqoji kollektivin təlim işinə, metodik həyatına yeni ab-hava, təravət gətirir, şagirdlərdə isə sosiallığı artırır, bu da onların cəmiyyətə daha rahat inteqrasiyasına köməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi