Pedaqoji mühazirələrin keçirilmə qaydaları ilə müəllimlər tanış oldu

Məktəb rəhbərliyi bir qrup müəllimlərlə “Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil ediləcək pedaqoji mühazirələrin keçirilmə qaydaları ilə bağlı istiqamətverici iclas keçirdi. İclasda pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədləri, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, yaradıcı müəllim və məktəb rəhbərini aşkara çıxarmaq, perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq və s. müzakirə edildi. İclas iştirakçılarına mövzular (istiqamətlər) təqdim edildi. Müəllimlərin bu barədə fikir və mülahizələri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi