Fiziki tərbiyə dərsləri dinlənildi

İnsan sağlamlığı üçün ən vacib amillərdən biri fiziki hərəkətdir. Araşdırmalar göstərir ki, fiziki tərbiyə dərsləri şagirdin həm fiziki, həm də psixoloji hazırlığında mühüm rol oynayır. Yəni, şagird daimi olaraq zehni əməklə məşğul olursa bu, onun sağlamlığında ciddi fəsadlar yaradır. Buna görə də zehni əməklə yanaşı fiziki əməklə də məşğul olmaq lazımdır. Cəmiyyət üçün fiziki cəhətdən sağlam, dözümlü, çevik gənclərin yetişməsində fiziki tərbiyə dərslərinin mühüm rolu vardır. Məktəbimizdə də tərbiyə işlərinə məhz bu yöndən yanaşılır, fiziki tərbiyə dərslərinin keyfiyyətli keçirilməsini öyrənmək məqsədi ilə vaxtaşırı dərsdinləmələr keçirilir. Növbəti dərsdinləmə V siniflərdə ”Maksimal sürətin inkişaf etdirilməsi” mövzusunda oldu. Şagirdlər çox həvəslə yeriş, uzununa tullanma, müxtəlif məsafələrə qaçış, idman zalında fiziki hərəkətlərin yerinə yetirilməsi üçün lazım olan avadanlıqlarda hərəkətləri çevikliklə icra etdilər. Məktəb rəhbərliyi fənn müəllimləri ilə birlikdə keçirilmiş dərsləri təhlil etdi, tövsiyələr verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi