"Məktəb seminarları”nda toxunulan məsələlər pedaqoji heyyətə çatdırıldı

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin məktəbimizdə səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək üçün BŞTİ-nin təşkil etdiyi “Məktəb seminarları”nda toxunulan məsələləri pedaqoji heyyətə çatdırmaq məqsədi ilə bu gün müşavirə keçirildi. Məktəb seminarının sessiyalarında iştirak edən direktor, direktor müavinləri, psixoloq, kitabxanaçı, uşaq birliyi rəhbəri, metodbirləşmə rəhbərləri çıxış edərək müzakirə olunan məsələlərlə pedaqoji heyyəti tanış etdilər. Çıxışçılar məktəbdə metodiki işin səmərəli təşkili, fənn müəllimlərinin fəaliyyəti, şagird nailiyyətinin izlənməsi, məktəbdaxili qiymətləndirmə, keyfiyyətli təhsilvermənin təmin edilməsi, dərsə davamiyyətin tənzimlənməsi, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi və sessiyada müzakirə olunan digər məsələlərlə pedaqoji kollektivi məlumatlandırdılar. Sessiyada qeyd olunan məsələlər ətrafında müzakirələr aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi