X-XI sinif şagirdlərinin valideynləri ilə görüş

Məktəb rəhbərliyi, sinif rəhbərləri, fənn müəllimlərinin iştirakı ilə ayrı-ayrı vaxtlarda 10-cu və 11 - ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşü məktəbin direktoru A.Bayramova açaraq siniflərdə təhsilin kefiyyət səviyyəsi, təlim tərbiyə prosesi, şagirdlərin nizam - intizam qaydaları, dərsə davamiyyət, gecikmə halları haqqında geniş məlumat verdi. Buraxılış imtahanlarında tətbiq olunan yeni qaydalara toxundu. Görüşdə çıxış edən fənn müəllimləri məktəbdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılmasında danışdılar. Qoyulan hədəflərə çatmaq üçün fəaliyyətlərini səfərbər etdiklərini söylədilər. Görüşdə məktəb-şagird-valideyn münasibətlərinə də toxunuldu. Məktəbin nizam- intizam qaydalarına riayət etməyin hər bir şagirdin borcu olduğu, keyfiyyətli təhsilin təməlinin təlim tərbiyədən başlandığı söylənildi.Valideyn- məktəb əməkdaşlığının gələcək nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməsində böyük rol oynadığı xüsusi vurğulandı. Valideynlərin istək və arzuları dinlənildi, problemli situasiyalar məktəb rəhbərliyi tərəfindən müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi