Valideynlərlə görüş

Məktəb rəhbərliyi və fənn müəllimlərinin 9-cu sinif şagirdlərinin valideynləri ilə görüşü keçirildi. Görüşü giriş sözü ilə açan məktəbin direktoru A.Bayramova 9-cu siniflərdə keçirilən diaqnostik qiymətləndirmənin nəticələri haqqında məlumat verdi. Mövcud problemlərin həm də Azərbaycan dili və riyaziyyat fənnindən keçirilən fakultativ məşğələlərdə və fənn müəllimlərinin təşkil etdiyi əlavə məsğələ saatlarında da həll olunmasından danışdı. Valideynləri buraxılış imtahanlarında tətbiq olunacaq yeniliklər haqqında məlumatlandırdı. Görüşdə iştirak edən fənn müəllimləri də şagirdlərin təhsildə göstərdikləri nəticələrdən danışdılar. Valideynlər öz fikir və təkliflərini irəli sürdülər. Şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək, onları buraxılış imtahanına hazırlamaq məqsədilə strateji istiqamətlər müəyyənləşdirildi .Görüşün sonunda məktəb rəhbərliyi valideynlərə təşəkkürünü bildirdi, şagirdin tədris prosesindəki irəlləyişində məktəb-valideyn əməkdaşlığının əhəmiyyətli rolunu bir daha vurğuladı. Valideynlərin aktivliyi ilə keçən görüş bir daha sübut etdi ki, məktəbdə məktəb-valideyn əmədaşlığı düzgün və səmərəli qurulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi