“Məktəb seminarları”nın sessiyasında müzakirə olunan məsələlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Məktəb seminarları”nın növbəti sessiyasında Binəqədi rayonu üzrə ümumi təhsil müəssisələrinin təhsil işçiləri iştirak etdilər.Bu gün məktəbimizdə “Məktəb seminarları”nın sessiyasında iştirak edən pedaqoji kollektivlə birgə görüş keçirildi.Görüşdə seminarda müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi oldu. Təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulması, sağlam yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərlə işin düzgün qurulması vəs. seminarda müzakirə olunan məsələlərin pedaqoji kollektivə çatdırılması üçün metodbirləşmə rəhbərlərinə arayışların hazırlanması tapşırıldı. İnanırıq ki, sabah təşkil olunan iclasda pedaqoji kollektivə çatdırılacaq məlumatlar qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynayacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi