18 oktyabr Dövlət Müstəqillik günüdür!

Bu gün Azərbaycan dili ədəbiyyat və tarix müəllimlərinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbir şagirdlərin ifasında Dövlət Himninin səslənməsi ilə başladı. Şagirdlər XX əsrin sonlarında SSRİ-nin dağılması, 1991-ci il oktyabrın 18- də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul ediməsi haqqında geniş məlumatları hazırlanan slaydda izlədilər. Məktəbimizin tarix müəllimləri bir daha bu tarixi gün haqqında ətraflı məlumat verdilər. Tədbirin bədii hissəsində şagirdlər şeir və mahnılardan ibarət kompazisiya təqdim etdilər. Dövlət Müstəqilliyi günü ilə bağlı silsilə tədbirlər V sinif şagirdləri arasında keçirilən "Şən startlar" idman yarışı ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi