Məktəbəqədər hazırlıq qrupu fəaliyyətə başladı

Təhsilə atılan ilk addım kimi məktəbəhazırlıq uşaqların həyatında mühüm xarakter daşıyır.Bu hazırlıq uşaqlarda ilkin dünyagörüşü, riyazi və məntiqi təfəkkürün,oxu və yazı bacarığının formalaşdırılması ilə yanaşı, gələcəkdə məktəb dərslərini daha yaxşı mənimsəməyə imkan yaradır.Azərbaycan Respublikası və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən bu il məktəbimizdə məktəbəhazırlıq qrupu açılıb.Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qrupunda dərsləri əməkdar müəllim Gülnar Kərimova aparır.Uşaqların tədrisə hazırlıqlı başlaması,dərs prosesinə öncədən alışması,müəyyən bilikləri əldə etməsi,uşağın daha yaradıcı,yeni ideyalar yarada bilən,dostları ilə ünsiyyət qurmağı bacaran bir fərd kimi formalaşmasını təmin etmək Gülnar müəllimənin əsas iş prinsipidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi