“ Bayrağımız-dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir ”

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İ.Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi Haqqinda” sərəncam imzalayıb.Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.Bu tarixi günlə bağlı məktəbimizdə fəaliyyət planına uyğun olaraq silsilə tədbirlər həyata keçirildi.06.11.2015-ci il tarixdə ilk dərslər “Bayrağımız-dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusuna həsr olundu.Bu dərslərdə şagirdlər dövlət atributlarımızla bağlı geniş məlumatlar aldılar və əksər siniflərdə təşkil olunmuş açıq dərslərdə şagirdlər mövzuyla bağlı təqdimatlarını etdilər. Həmin gün məktəbin foyesində şagirdlərin “Mənim Bayrağım- Mənim and yerim” adlı kreativ əl işlərindən və rəsm əsərlərindən ibarət möhtəşəm sərgi təşkil olunmuşdu.Məktəbimizə dəvət olunmuş qonaqlar- Binəqədi rayon İcra Hakimiyyətinin İctimai əlaqələr şöbəsinin müdiri Elman Dadaşov,Azərbaycan Milli Elmlər Akademiyasının əlyazmalar institutunun əməkdaşı K.Nemətova,Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmisi E.Məmmədov sərgiylə tanış olduqdan sonra akt zalında Həzi Aslanov adına Zabitlər evinin məktəbimizin şagirdləriylə birgə hazırladıqları “ Bayrağımız qürur mənbəyimizdir” adlı ədəbi-bədii kompozisiya baxmağa dəvət olundular. Tədbir Dövlət himninin səslənməsi ilə başladı. Məktəbimizin direktoru A.F.Bayramova ulu öndərimiz H.Əliyevin bayrağımız haqqında söylədiyi müdrik fikirlərlərlə-“ Azərbaycanın bayrağı sadəcə bayraq deyil.O bizim dövlətçiliyimizin,müstəqilliyimizin rəmzidir.Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun,hər bir ailə Azərbaycan bayrağına itaət etsin.Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun!” tədbiri açdı. Şagirdlərdə dövlət rəmzlərinə, vətənə,millətə hörmət və ehtiram hisslərinin aşılanması və onların mübarizlik ruhunda tərbiyə olunmasi məqsədilə məktəbin fəaliyyət planına uyğun olaraq silsilə tədbirlər- inşa yazı,rəsm müsabiqələri,vətənpərvərlik mövzusunda anket sorğular, Bayraq muzeyinə ekskursiyalar,açıq dərslərin keçirilməsinin təşkil olunmasından danışdı.Çıxışının sonunda qonaqlara dəvəti qəbul edib gəldikləri ücün,H.Aslanov adına Zabitlər evinin məktəbimizlə əməkdaslıq etdikləri uçün təşəkkürünü bildirdi, sözü Binəqədi rayon İcra Hakimiyyətinin İctimai əlaqələr şöbəsinin müdiri Elman Abbasova verdi. Elman Abbasov çıxışında Dövlət müstəqilliyimizin rəmzi olan bayrağımızın tarixi haqqında məlumat verdi,müstəqilliyimizin qorunmasında gənc nəslin üzərinə düşən vəzifələrdən danışdı.Belə ədəbi-bədii gecələrin şagirdlərin dünya görüşünün inkişafında, vətənpərvərlik ruhunda böyüməsində çox mühüm rol oynadığını vurğuladı. Tədbirin bədii hissəsində mövzuyla bağlı video çarx izlənildi, Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin solislərinin və məktəbimizin şagirlərinin ifasında vətənpərvərlik mövzusunda ifa olunan mahnılar, 4-cu sinif şairdlərinin hazırladığı rəqslər, bayrağımız haqqında söylədikləri şeirlər ,10L sinif şagirdi Əhmədova Aytənin “Çırpınırdı Qara dəniz” mahnısını məlahətli səsiylə ifası tədbir iştirakçılarında xoş ovqat yaratdı.Tədbirdə üçrəngli bayrağımız şagirdlərin əllərində dalğalanırdı. 10 L sinif şagirdi Kazımlı Fəridin “ Bayraq” şeirini söyləyərkən hərbi forma geyinmiş yuxarı sinif şagirdlərinin başı üzərində üçrəngli bayrağımızın təntənəli surətdə zala gətirilməsi iştirakçılarda böyük çoşğu yaratdı,hər kəs ayaq üstə Dövlət bayrağımızı qarşıladılar. Bu çoşğuyla tədbir Azərbaycan mahnısının ifasıyla başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi