Sinif təşkilat saatı

Sinif rəhbərlərinin apardığı tərbiyəvi işin ən mühümü olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsinə düzgün istiqamət vermək üçün çox faydalı və gərəklidir. Sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək məqsədi ilə maarifləndirici, istiqamətləndirici və təşkiledici istiqamətdə mütəmadi olaraq siniflər üzrə sinif təşkilat saatı keçirilir. Ötən həftə keçirilən təşkilat saatı sinif şagirdlərinin fəallığı və təşəbbüskarlığı ilə keçdi. Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq sinif təşkilat saatında həftənin ən əlamətdar günləri- Ahıllar günü, 2 oktyabr-Xocavəndin işğalı, 5 oktyabr-Müəllimlər günü mövzularına toxunuldu. Sonra təşkilatı məsələlər müzakirə olundu. Sinif nümayəndəsi, təmizlik komissiyasının sədri, qəzet redaktoru və s. ictimai vəzifələrə uyğun olan şagirdlərin seçkisi keçirildi. Bundan sonra şagirdlər sinif iş planı ilə tanış oldular. Beləliklə, hər bir şagirdin vəzifəsi müəyyənləşdirildi, dəqiq iş bölgüsü aparıldı və müvafiq tapşırıqlar verildi. Həmçinin təlim-tərbiyə işlərinin vəziyyəti, məktəbdə və ictimai həyatda davranış qaydaları, sinif və məktəb yoldaşları ilə ünsiyyət qurma bacarığı müzakirə olundu. Heç vaxt unutmamalıyıq ki, tərbiyə etdiyimiz şagird müstəqil Azərbaycanımıza xidmət edəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi