Təhsilə atılan ilk addım

Oktyabrın 2-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2017-2018-ci dərs ili üzrə məşğələlərə start verilib. 246№li məktəb liseydə də 3 Azərbaycan və 1 rus bölməsi olmaqla məktəbəhazırlıq qruplarında məşğələlər başladı. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qrupunda məşğələləri təcrübəli ibtidai sinif müəllimləri aparır. Uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən biliklər əldə etməsi, daha yaradıcı, yeni ideyalar yarada bilən bir fərd kimi formalaşması yolunda mayak olan müəllimlərimizə uğurlar, körpə fidanlarımıza isə elmin zirvəsini fəth etməyi arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi