Qürurverici qalibiyyət

Sentyabr ayının 2-dən 11-nə qədər Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Qol güləşi üzrə XXXIX dünya çempionatı Azərbaycanın milli yığması üçün uğurlu olmuşdur. Belə ki, 8 nəfər idmançıdan ibarət milli yığmamız oyunda 6 qızıl və 2 gümüş medal qazanmışdır.Sevindirici haldır ki, milli yığmamızın tərkibində 246№li məktəb liseyin 11L sinif şagirdi Balakişiyev Rahib də vardı. Şagirdimiz 60 kq çəki üzrə keçirilən bütün görüşlərdə rəqiblərinə qalib gələrək yarışın birincisi olub. Qızıl medalla vətənə qayıdan idmançımız və onun məşqçisi öz sevinclərini məktəb rəhbərliyi və şagirdlərlə bölüşdülər. Vətənimizi təmsil etmək missiyasını şərəf və ləyaqətlə yerinə yetirən şagirdimiz böyük fərəh hissi ilə qalibiyyətindən danışdı.Dünya çempionumuzu ürəkdən təbrik edirik və növbəti qələbə sorağını səbirsizliklə gözləyirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi