Məntiq olimpiadasının qalibləri diplomlarla təltif olundular.

İstedadlı şagirdlərin aşkar edilməsi, təhsilə və biliklərə yiyələnmək marağının artırılması məqsədilə 23.10.2015-ci il tarixdə məktəbdaxili keçirilən “Məntiq olimpiadası”nın qaliblərinə məktəbimizin direktoru A.F.Bayramova tərəfindən diplomlar təqdim edildi. A.F.Bayramova şagirdləri təbrik etdi,yüksək savadlı, intelektli şəxsiyyət kimi formalaşmaq, vətənə layiqli vətəndaş,yaxsi mütəxəssis olmaq üçün biliklə silahlanmağın zəruri olduğunu söylədi, hər bir şagirdə bu yolda uğurlar arzuladı,bu günün qalibinin sabahın dünya və beynəlxalq olimpiada qalibləri arasında görmək istədiyini vurğuladı.Sonda şagirdlər bu sevincli günü onlara yaşatdıqlarına görə məktəb rəhbərliyinə öz dərin təşəkkürlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi