Hüquqlarımızı tanıyaq və qoruyaq- inşa müsabiqəsi

Məktəblilər arasında hüquqi biliklərin artırılması,onların öz hüquqlarını tanıması, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 noyabr- “ Ümumdünya Uşaq Hüquqları günü”nə həsr olunmuş “Hüquqlarımızı tanıyaq və qoruyaq!” mövzusunda inşa yazı müsabiqəsi təşkil olunur.Müsabiqənin əsasnaməsinə əsasən məktəbimizdə 1-5 noyabr 2015-ci il tarixlərində VII-IX, X-XI siniflər arasında “ Hüquqlarımızı tanıyaq və qoruyaq!” mövzusunda inşa yazı müsabiqəsinin birinci mərhələsi (məktəbdaxili) keçirildi. Komissiyanın ümumi rəyinə əsasən Rzazadə Aydan-8L, Məmmədzadə Mahiyə-9L, İbrahimli Arzu-10L, Qasımzadə Aysel-11L sinif şagirdləri mərhələni uğurla başa vuraraq II mərhələyə (şəhər) qatılmaq şansını qazandılar. Məktəb rəhbərliyi qalib şagirdləri təbrik edir, onlara 2-ci mərhələdə uğur arzulayir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi