Dövlət Bayrağı muzeyinə ekskursiya

Bayraq qürur yerimiz, dövlət rəmzimizdir.Bayrağımız bizi dünyaya təqdim edir və hər yerdə bizdən yuxarıda,bizdən öndə dayanır.Dövlət rəmzlərimizə hörmət etmək,yüksək ehtiram göstərmək hər bir vətəndaşın borcudur.Məktəbimiz şagirdlərin bu ruhda tərbiyə edilməsinə daim böyük önəm verir.Məktəbin fəaliyyət planına əsasən 31 0ktyabr 2015-ci il tarixdə sinif rəhbəri A.Nağıyevanın rəhbərliyilə 5-ci sinif şagirdləri yenidən Dövlət Bayrağı Muzeyinə ekskursiya etdilər.Ümumi sahəsi 60 hektar olan Bayraq meydanında şagirdlər bayraq dirəyinə yaxınlaşdıqca onun nəhəngliyi və dalğalanan bayrağın əzəmətinin şahidi oldular,hədziz qürur hissi keçirdilər.Şagirdlər muzeydə dövlətçilik tariximizi əks etdirən atributlarla yaxından tanış oldular, muzeydə “Heydər Əliyev Ordeni”,”Şöhrət”,”İstiqlal”,”Vətənə xidmətə görə”,”Azərbaycan Bayrağı”,”Şərəf”,”Dostluq”.”Qızıl Ulduz” və s. Orden və medallarla,Azərbaycanın 1922,1924,1937,1952 və1990-cı illərdə qəbul edilmiş bayraqlarını gördülər.Şagirdlərin xüsusi diqqətini çəkən dövlət atributlarına, xüsusən də bayrağa aid olan bütün materialları özündə yerləşdirən elektron kitabxana oldu.Eksponatlarla tanış olan şagirdlər böyük əhval-ruhiyyə ilə Dövlət Bayrağı muzeyini tərk etdilər ,hədsiz qürur hissi keçirdilər ki, türkçülük, islamçılq və müasirlik simvolu olan üçrəngli bayrağımız yüksəkdə dalğalanır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi