Texniki və riyaziyyat – iqtisadiyyat təmayüllü sinifdə diaqnostik qiymətləndirmə keçirildi

Diaqnostik qiymətləndirmə müəllim üçün təlim strategiyasını müəyyənləşdirməyə xidmət edir. Bir qayda olaraq, təhsil səviyyəsinin, dərs ilinin, tədris vahidlərinin əvvəlində sinifdəki şagirdlərin bilik və bacarıqları, eyni zamanda şagird bir ümumi təhsil müəssisəsindən digərinə gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə aparılır. 2017 – 2018 – ci tədris ilində məktəbdə X siniflər üzrə təşkil olunmuş texniki və riyaziyyat – iqtisadiyyat təmayüllü sinifdə Azərbaycan dili, riyaziyyat, kimya, fizika fənlərindən diaqnostik qiymətləndirmə keçirildi. Diaqnostik qiymətləndirmənin nəticələri müzakirə olundu və müəyyən tövsiyələr verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi