Sülhə gəlin ey insanlar...

Məktəbimizdə “Sülh aylığı” çərçivəsində “Sülhə gəlin ey insanlar…” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Şagirdlərimiz yazı işlərində vurğulamışdılar ki, sülh - bəşər övladının rahat yaşaması, qayğısız uşaq qəhqəhəsidir, ağsaçlıların gözlərinin məmnun baxışıdır, rahat nəfəsidir. Amma ən sülhsevər xalqlardan biri, dünyanın ən tolerant ölkəsinin vətəndaşları olsaq da Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənimizdən minlərlə həmvətənlərimiz didərginə düşüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atsa da təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. Şagirdlərimiz öz yazılarında bu münaqişənin tezliklə sülh yolu ilə həll olunmasının çağrışını etdilər. Fərqlənən yazı işləri məktəbimizin foyesində sərgiləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi