Xalqımız tarixən sülhsevər xalqdır

Məktəbimizdə “Sülh aylığı” çərçivəsində silsilə tədbirlər təşkil olunur. İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədi ilə tarix müəllimləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil olundu. Tarix müəllimləri çıxış edərək bildirdilər ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Çıxışlarda vurğulandı ki, bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir. Sonra şagirdlər təqdimatlarında bildirdilər ki, xalqımız tarixən sülhsevər xalq olub. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra demokratik, hüquqi və dünyəvi dövlətimizdə daim bu ideyalar qorunub saxlanılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi