Bilik günü

“15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə məktəbimizdə bayram tədbiri keçirildi. Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmisi Aynur Abbasova, məktəbimizin müəllim və şagird heyəti iştirak etdi. Məktəbin direktoru A.Bayramova çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı.Çıxişında A.Bayramova ötən tədris ilinin məktəbimiz üçün uğurlu olduğunu diqqətə çatdırdı, ali məktəblərə qəbul imtahanlarında şagirdlərimizin yüksək nəticələr göstərdiyini vurğuladı. 2017-2018-ci tədrisi ilinin “Ümumi təhsildə keyfiyyət ili ” elan olunmasının məqsəd və mahiyyətindən danışdı. Sonra Binəqədi rayon İcra Hakimiyyətinin rəsmisi Aynur Abbasova çıxış edərək təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğuladı. Tədbirin bədii hissəsini şagirdlərin rəngarəng rəqsləri, birincilərin məktəb, müəllim mövzusunda söylədikləri şeir parçaları bəzədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi