Gənclik həyatı ilə uşaqlıq həyatının astanası-məzun günü

Bu gün doğma vətənimizin bütün məktəbləri öz məzunlarını yola salır. Bu münasibətlə məktəbimizdə son zəng tədbiri keçirildi.Təntənəli tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin rəsmisi Aynur Abbasova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan Resursları sektorunun məsləhətçisi İlahəTalıbova, Binəqədi royonu YAP-ın təlimatçısı Səbinə Zeynalova, valideynlər, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə çıxış edənlər məzunları təbrik etdilər, onlara yeni-yeni nailiyyətlər, gələcək həyat yollarında uğurlar, millətə, dövlətə layiqli vətəndaş olmağı arzuladılar. Tədbir şagirdlərimizin hazırladığı bədii kompozisiya ilə davam etdi. Gənclik həyatı ilə uşaqlıq həyatının astanasında dayanan məzunlarımız! Bu gün siz öz doğma məktəbiniz, sizlərə ana qədər əziz olan müəllimləriniz ilə vidalaşdınız. Bütün məktəb rəhbərliyi , həmçinin müəllimləriniz sizləri təbrik edir və gələcək həyatınızda yeni- yeni uğurlar arzulayır! Yolunuz açıq olsun!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi