18 oktyabr – Dövlət Müstəqilliyi Günü

18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirildi.16 oktyabr – bayram günü öncəsi ilk dərslər Müstəqillik gününə həsr olundu. Həmin gün məktəbin foyesində ibtidai sinif və yuxarı sinif şagirdlərinin əl işlərindən ibarət rəsmlər və açıqcalar ayrı- ayrı guşələrdə sərgiləndi. VIII sinif şagirdləri Müstəqillik Gününə həsr olunmuş təqdimat keçirdilər.Şagirdlər XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində,yəni 1991-ci il oktyabrın 18- də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul ediməsi haqqında geniş məlumatları hazırladıqları slaydları təqdim etdilər və mövzu ətrafında fikir yürütdülər. 2 d sinif şagirdlərinin sinif müəllimləri Xanım Atakişiyevanın rəhbərliyi ilə hazırladıqları “ Müstəqil Azərbaycan ” adlı tədbir çox maraqlı keçdi.Şagirdlərin ifasında müstəqillik mövzusunda şer və mahnılar səsləndi.Sonda məktəbin direktoru A.F.Bayramova Müstəqillik Günü münasibətilə bir əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycanın hər bir vətəndaşını təbrik etdi,müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat – qat çətin olduğunu vurğuladı.Gənc nəslə vətənpərvər ruhda,yüksək savadlı,intellektli şəxsiyyət kimi yetişmək,müstəqilliyimizin keşikçisi olmaq arzularını çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi