Kompyuter əsri olsa da kompyuterin əsiri olmayaq

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində əsrimizin ən böyük kəşfi olan internetin sağlamlığımıza psixoloji və fiziki zərərləri informatika dərsində araşdırıldı. Şagirdlərə kompyuterdən və internetdən kortəbii şəkildə istifadə etmənin yaratdığı fəsadlar haqqında geniş məlumat verildi. Şagirdlər hazırladıqları videoroliklərdə kompyuterin zərərli və xeyirli tərəflərini nümayiş etdirdilər. Sonra mövzuya uyğun təzadlı suallar ətrafında fikir mübadiləsi və diskussiya keçirildi. Debatın qaydaları əsasında şagirdlər təsdiq və inkar qruplarına bölünüb müstəqil şəkildə fikirlərini bildirdilər. Bir-birinin fikirlərinə tolerantlıqla yanaşaraq yüksək diskussiya mədəniyyəti nümayiş etdirən şagirdlər debat zamanı fikirlərini sərbəst ifadə edərək konkret faktlar göstərdilər və nəticədə çox maraqlı çıxış yolları təklif etdilər. Bildirdilər ki, kompyuter zərərlidir deyib kənara atmaq lazım deyil. Kompyutersiz və internetsiz həyatı təsəvvür etmək mümkün deyil. Məktəblilər kompyuterdən ancaq biliklərin təkmilləşdirilməsi üçün istifadə etməlidirlər. Kompyuterin insan sağlamlığına zərəri ondan düzgün və qədərində istifadə etmədikdə yaranır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi