Tarix və reallıq

Məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın üzvləri 28 May- Respublika gününə həsr olunmuş konfrans keçirdilər. Dövlət himninin səslənməsindən sonra şagirdlərimiz bir-birindən maraqlı çıxışlarında bildirdilər ki, 28 May Azərbaycanımızın tarixində çox önəmli günlərdən biridir. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yarandı və “İstiqlal bəyannaməsi”ndə Azərbaycan müstəqil dövlət elan edildi. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadığı qeyd edildi. 1918-ci il mayın 28-də-Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan dövlətimizin yenidən müstəqilliyinə qovuşması xalqımızın tarixi nailiyyətidir. İkinci dəfə müstəqilliyini qazanmış müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcu olduğu xüsusi vurğulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi