Sağlamlıq üçün bir yerdə addımlayaq

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Sağlam həyat tərzi” mövzusu 5b, 6d siniflərdə təşkilat saatında araşdırıldı. İnsan sağlamlığına müsbət təsir edən amillər, xüsusilə, gündəlik iş rejimi, düzgün qidalanma, idmanla məşğul olma, gigiyenik qaydalara riayət etmə, ətrafda olan həmyaşıdlarla xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri keçirilən diskussiyada geniş müzakirə olundu. Həmçinin ətraf mühitin təmizliyi insanda həm fiziki, həm də mənəvi sağlamlığın təməli olduğu vurğulandı. Bildiyimiz kimi sağlam həyat tərzi hər bir insanın şəxsi seçim yolu və fərdi davranış sistemidir. Məqsədimiz də gələcəyimiz olan şagirdləri bu mövzuda maarifləndirərək onlarda sağlam həyat tərzi formalaşdırmaqdır, düzgün istiqamətləndirməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi