5 oktyabr - Beynəlxalq Müəllimlər günü

5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə məktəbimizdə musiqi müəllimi N.Ələkbərovanın təşkilatçılığı ilə ədəbi - bədii gecə keçirildi.Şagirdlərimiz bayram münasibətilə hazırladıqları maraqlı kompozisiyalarla - musiqi,rəqs,şeir parçaları,musiqi alətlərində ifaları ilə müəllimləri təbrik etdilər." Sağlam təhsil" sinfinin birincilərinin müəllimləri şer parçaları ilə təbriki iştirakçıları heyran etdi. Sonda məktəbimizin direktoru A.F.Bayramova çıxış edərək bütün müəllimləri təbrik etdi,şərəfli,həm də çətin işlərində can sağlığı,səbr,təmkin arzuladı.Çıxışında dövlətimizi təhsilə və təhsil işçilərinə göstərdiyi qayğıdan danışdı.Respublika Prezidentinin sərəncamı ilə məktəbimizin iki müəlliminin Qarayeva Reyhan "Tərəqqi" medalına,Kərimova Gülnar "Əməkdar müəllim" adına layiq görülməsində hədsiz qürur hissi keçirdiyini xüsusi vurğuladı, fəxri ada layiq olan müəllimləri gül dəstələri ilə,məktəbimizin yubiliyar müəllimlərini məktəb müdüriyyəti və kollektivinin səmimi təbriki yazılmış açıqcalarla təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi