25 ildən sonra doğma məktəbdə görüş

25 il bundan əvvəl məktəbi bitirən məzunlar öz doğma məktəbinə toplaşdılar. Məktəbin dəhlizini, idman, akt zalını, fənn kabinələrini gəzərək xoş xatirələrini bölüşdülər. Sonra 25 il öncə olduğu kimi sinif otaqlarının birində şagird kimi parta arxasında əyləşdilər. Siniflərində olub- keçənləri təkrar xatırladılar, məktəb illərində yadda qalan xatirələrdən danışdılar. Həyatda öz mövqelərinə sahib olmuş müxtəlif peşə sahibləri doğma məktəbi ilə əməkdaşlıq etmək üçün təkliflər də irəli sürdülər. Sevindirici haldır ki, məzunlardan bir neçəsinin övladı məktəbimizin şagirdləridir. Bir gün özlərini şagird kimi hiss edən məzunlar pozitiv duyğularla doğma məktəbdən ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi