"Diqqət Uşaqlar " hərəkətin təhlükəsizliyi mövzusunda açıq dərs

“ Diqqət uşaqlar ” adı altında hərəkətin təhlükəsizliyi aylığı məktəbimizdə şagird və müəllimlərin iştirakı ilə növbəti açıq dərs 4d sinfində,sinif müəllimi Namazova Sevda müəllimənin rəhbərliyi ilə davam etdirildi.Açıq dərs zamanı yol – nəqliyyat hadisələrinin qarşısının alınması haqqında şagirdlərlə ətraflı müzakirə olundu.Yol hərəkəti qaydalarına aid şagirdlər səhnəcik nümayiş etdirdilər.Sinifdə şagirdlərlə yol hərəkəti qaydalarına aid qrup üzrə iş aparıldı.Qrup işi zamanı şagirdlər fəallıq nümayiş etdirdilər.Müəllim onları meyyarlara əsasən qiymətləndirdi. Yol hərəkəti qaydalarına aid müxtəlif kadrlar nümayiş olundu.Dərsdə rəngarəng əyani vəsaitlərdən istifadə olundu. Sonda məktəbin direktoru A.F.Bayramova şagirdləri yol hərəkəti qaydalarına riayət etməyə,təhlükəsizlik məsələlərinə dair tələbləri bilməyə və yerinə yetirməyə dəvət etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi