Həkim otağında hesabat

Sinif təmizlik komitəsinin üzvləri həftə sonu məktəb həkiminə siniflərində gördükləri gigiyenik işlərlə bağlı məlumat verirlər. Bu gün yenə də təmizlik komitəsinin üzvləri həkim otağına gördükləri işlərin hesabatını vermək üçün toplaşmışdılar. Belə ki, həftə ərzində şagirdlərin dırnaqlarının yoxlanılması, geyimlərinin təmizliyi, oğlanlarda saçlarının səliqəsi məktəb həkiminin yanında müzakirə olundu. Həmçinin gigiyenik qaydalara əməl etməyən sinif yoldaşları ilə etdikləri fərdi söhbətlərdən də danışdılar. 4a sinfinin təmizlik komitəsinin üzvü Mehralıyeva Zəhra bu gün sinif yoldaşı Rəhimli Elcan və Məlikzadə Hüseyni də həkim otağına gətirmişdi. Belə ki, son vaxtlar Məlikzadə Hüseyn yazı taxtasında yazılan yazıları yaxşı görmədiyindən, Rəhimli Elcan isə kürəyində olan ağrıdan şikayət edirdi. Həkim şagirdləri müayinə etdi. Öz məsləhətini verdi. Uşaqlara səhhətlərindəki problemlə bağlı valideynlərini məlumatlandırmağı söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi