Sağlam olaq

Bildiyimiz kimi toz, palçıq və müxtəlif bakteriyaların məktəb dəhlizlərində, sinif otaqlarında olması qaçılmazdır və insan orqanizminə mənfi təsir edən amillərdəndir. Sinif otaqlarının, dəhlizlərin təmiz saxlanılmasında şagirdlərimiz də öz köməkliklərini göstərirlər. Bu məqsədlə ”Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ən sağlam sinif” nominasiyası üzrə müsabiqəyə start verildi. Şagirdlərimiz dərs gününün sonunda çox böyük həvəslə sinif otaqlarının təmizlik işi ilə məşğul olurlar. Kimisi sinif otaqlarına qoyulmuş gülün yarpaqlarını silir, kimisi partalarının üzərində şagird səhlənkarlığı nəticəsində yazılmış qeydləri pozur, kimisi isə kitab rəflərini lazımsız kağız qalaqlarından təmizləyirlər. Təmizlik işlərini yüksək əhval-ruhiyyə ilə yerinə yetirən şagirdlərimizin çöhrəsindən qalib olmaq yox, sinif otağını təmiz saxlayıb, sağlam mühitdə dərs keçmək, sağlam olmaq oxunurdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi