Məsuliyyəti bir yerdə bölüşək

Məktəb təlim-tərbiyə ocağıdır. Əsas məqsədimiz cəmiyyət üçün savadlı, vətənpərvər, yüksək mənliyə, mənəvi dəyərlərə malik şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər o zaman tam formalaşır ki müəllim- valideyn, məktəb- valideyn münasibətlərinin vəhdəti ön planda olsun. Elə bu səbəbdən də məktəbimizdə siniflər üzrə mərhələli şəkildə valideyn iclaslarının keçirilməsi ənənə şəklini almışdır. Bu dəfə siniflər üzrə zəif oxuyan şagirdlərin valideynləri ilə iclas keçirildi. Məktəb rəhbərliyi tərəfindən keçirilən bu iclasda qarşılıqlı əməkdaşlıq çərçivəsində şagirdin təhsildə uğur qazanması üçün lazım olan bütün məqamlar müzakirə edildi, monitorinqlərin və KSQ-lərin nəticələri açıqlandı, əldə edilən nəticələr müzakirə olundu, açıq və səmərəli diskussiyaya şərait yaradıldı. Tez-tez dərsdən yayınan, tədris prosesini pozan, aşağı qiymət alan şagirdlərin valideynlərinə xəbərdarlıq məktubu təqdim edildi. Övladlarına qarşı daha diqqəti olmaq, onlar üzərində nəzarəti bir qədər artırmaq tövsiyyə olundu. Ümüdvarıq ki, şagirdlərin yüksək nailiyyətlərə nail olması üçün bu görüşlər öz nəticəsini verəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi