"Diqqət uşaqlar" təhlükəsizliyi mövzusunda dəyirmi masa

" Diqqət uşaqlar " adı altında hərəkətin təhlükəsizliyi aylığı məktəbimizdə şagird və müəllimlərin iştirakıyla dəyirmi masada davam etdirildi. Yol - nəqliyyat hadisələrinin qarşısının alınması, təhlükəsiz davranış vərdişləri haqqında məlumat iştirakçılarla ətraflı müzakirə olundu. Nümayiş olunan slaydda yol hərəkəti nişanlarının mənası izah olundu,maarifləndirici şəkillər ətrafında diskusiya aparıldı. Sonda məktəbin direktoru A.F.Bayramova yol hərəkəti nişanlarının tanımağın,təhlükəsizlik qaydalarını bilməyin və əməl etməyin insan həyatının və sağlamlığının qorunmasında vacibliyindən danışdı,küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəhərdə yaşadığımızdan təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi