Nəzəriyyədən təcrübəyə

“Sağlam həyat tərzi” mövzusu məktəbimizə yaxın ərazidə yerləşən poliklinikada həkim mütəxəssislə araşdırıldı. 8l sinfində sinif təşkilat saatı poliklinikada həkimlərlə maarifləndirici söhbətə həsr olundu. Poliklinikanın həkimi S.Fərzəliyeva yeniyetmə şagirdlərimizə zərərli vərdişlər, onların fəsadları, qorunmaq yolları ,sağlam həyat tərzi, gigiyenik qaydalara düzgün riayət olunması haqqında ətraflı məlumat verdi. Yeniyetməlik yaş dövrünün xüsusiyyətlərini diqqətə çatdırdı. Böhran yaş dövründə zərərli vərdişlərə meyllər xüsusi vurğuladı. Meyilliliyin sonradan asılılıq yaratdığı və fəsadları yol açdığı şagirdlərə çatdırıldı. Həkim-nevropotoloqla diskussiyada şagirdlərimiz onlarda yaranan tez-tez əsəbiliyin, stresin səbəbini aydınlaşdırdılar. Arterial təzyiqin yüksəlməsi, əsəbilik və s. bu kimi halların böhran yaş dövründə yaranan narahatlıq olduğu mütəxəssis tərəfindən söylənildi. Həkimlərlə görüş şagirdlərdə xoş təəssurat yaratdı. Şagirdlərimiz həm sağlam həyat tərzi haqqında ətraflı məlumat əldə etdilər, həm də özlərində böhran yaş dövru ilə əlaqədar yaranan narahatlığı aydınlaşdırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi