Ətraf mühitin mühafizəsi sağlamlığımızın təməlidir

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində 7d sinfinin şagirdləri sinif təşkilat saatında “Sağlam həyat tərzi” mövzusu ətrafında araşdırmalarını apardılar. Şagirdlər bu araşdırmalarını “Ətraf mühitin mühafizəsi sağlamlığımızın təməlidir” mövzusu ətrafında qurdular. Ətraf mühitin qorunması və bu sahədə problemlərin həlli şagirdlərin hazırladıqları slaydlarda təqdim olundu. Mövzu üzrə qrup işi işlənildi. Təqdimatlarında qruplar belə nəticəyə gəldilər ki, insanlar tərəfindən ekoloji tarazlığın pozulmasının, təbiətə vurulan ziyanın qisasını Ana təbiətimiz sağlamlığımıza zərər verməklə alır. Seminar-məşğələdə bir daha şagirdlərimiz sağlamlığımızın təməlində təmiz ekologiya durduğunu anladılar, ətraf mühiti çirkləndirməmək, təbii sərvətlərimizi milli dəyərlərimiz kimi qoruyub saxlamaqda üzərlərinə düşən vəzifənin əhəmiyyətini bir daha dərk etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi